İstehlak kreditlərində faizlərin yüksək olmasına səbəb nədir? | Banco.az

İstehlak kreditlərində faizlərin yüksək olmasına səbəb nədir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

“Kredit faizləri risklə çox bağlıdır, yəni risk çoxaldıqca kredit faizləri də artır”.

Bu fikirləri Banco.az-a iqtisadçı Xalid Kərimli deyib.

O bildirib ki, riskə görə, faizlərdə ciddi fərqlər müşahidə edilir:

“2024-cü ilin martın 31-ə olan məlumata görə, Azərbaycanda avtomobil kreditləri 11 faiz, məişət avadanlıqları 25 faiz, kredit kartı vasitəsilə verilən kreditlər isə 23 faiz olub.

Avtomobil kreditlərinin aşağı faizdə olmasına səbəb kredit verilən zaman təminatın, girovun olmasındadır. Lizinq vasitəsi ilə verilən kredit zamanı bank avtomobili mülkiyyətinə götürür. Vətəndaşa avtomobil krediti verilən zaman onlara yol vərəqələri verilir. Kredit ödənişləri gecikən zaman artıq sürmək hüququ dərhal məhdudlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Kredit kartları vasitəsi ilə verilən kreditlərin faizi isə 23-dür. Burada xərcləmələrə müəyyən limitlər tətbiq edilə bilir.  Məişət avadanlıqları verilən zaman zaman girov tələb edilmədiyi üçün burada artıq faizlərdə ciddi fərqlə müşahidə edilir”.

Məsələyə münasibət bildirən, hüquqşünas, qtisadçı-ekspert Əkrəm Həsənov isə qeyd edib ki,  məsələyə kompleks baxmaq lazımdır:

“Faizlərin də bütövlükdə yüksək olması kredit riskləri ilə bağlıdır. Kreditlərin qaytarılmaması, işlərin məhkəmələrdə uzanması, icra məmurlarının işləri uzatması kimi hallar var. Məhkəmələrdə əsasən biznes kreditləri ilə bağlı daha çox işlər öz əksini tapır. Çünki biznes kreditlərində sahibkarların vəkilləri də, maliyyə dəstəyi də olur və banklara maksimal müqavimət göstərir. Ona görə də işlər uzanır. Bu gün istehlak kreditləri ilə bağlı məhkəmə işləri çoxdur”. 

Ən sərfəli krediti almaq üçün müraciət et