İstədiyiniz işə sahib olmaq üçün taktikalar | Banco.az

İstədiyiniz işə sahib olmaq üçün taktikalar

Həyatımızın bəlkə də ən stressli dövrləri işsiz qaldığımız və iş axtardığımız dövrlərdir. İş tapmağın olduqca stressli və asan bir proses olmadığını hamımız yaxşı bilirik. Bu prosesi ən düzgün formada keçirmək və işə qəbul edilməyinizə dəstək olacaq 3 taktikanı sizlər üçün hazırladıq:

Maillərə verdiyiniz cavablar əhəmiyyətlidir.

Uzun müddətdir cavab gözlədiyiniz şirkətdən müsahibə üçün dəvət maili gəldikdə şübhəsiz ki, dərhal hər kəs çox sevinər. Ancaq bu tip maillərə cavab verdikdə istifadə etdiyiniz smayliklər işəgötürənlər tərəfindən mənfi qarşılana bilər. Göndərdiyiniz maildə durğu işarələrinə fikir verin, müsahibə üçün nə qədər həyəcanlı və istəkli olduğunuzu sadə bir dillə ifadə etməyi unutmayın.

Sosial media profillərinizi düzgün istifadə edin
İşəgötürənlərin ən az CV-lər qədər yaxından izlədikləri digər əhəmiyyətli meyar isə vəzifəyə müraciət edənlərin sosial media hesablarıdır. İşə müraciət edənlərin Facebook profil şəkillərindən Twitter-də paylaşdıqları postlara qədər bir çox şey artıq yaxından izlənilir. Bir çox adamın Facebook profili bağlı olsa da, Twitter-də paylaşdıqları adamı ələ verir. Sosial medianı məhsuldar və ən keyfiyyətli şəkildə istifadə etmək üçün öz adınıza blog aça bilər və işinizlə əlaqəli yazılarınızı bura yaza bilərsiniz. İşəgötürənlər blogunuzu araşdırdıqda sizinlə əlaqədar daha çox şey öyrənmiş olacaq və görüşdən əvvəl bir xal qazanmış olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

6 saniyə qaydasını unutmayın 

2012-ci ildə aparılan bir araşdırmada CV-lərin qiymətləndirməyə alınması üçün nəzarət müddətinin yalnız 6 saniyə sürdüyü məlum olmuşdu. Yəni işəgötürənlər vəzifəyə müraciət edənlərin CV-lərinə ümumi bir nəzər keçirir və o anda müsbət ya da mənfi olaraq qiymətləndirirlər. Buna görə də CV-lərdə bəzi detallar olduqca əhəmiyyət daşıyır. Məsələn, tərs xronoloji ardıcıllıqla hazırlanmış cv-lər ən yaxşıları olaraq qiymətləndirilir. Yəni ən son çalışdığınız şirkətdən başlayaraq, ilk çalışdığınız yerə qədər olan siyahını bu şəkildə yazmaq olduqca əhəmiyyətlidir. Bundan başqa obyektivlik, işə uyğun olduğunuzu göstərən meyarlar və xüsusiyyətləriniz işəgötürənlər tərəfindən əhəmiyyətli görülən detallardan bəziləridir.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et