İstanbul aeroportu dünyada ilk dəfə günəş enerjisindən istifadə edəcək | Banco.az

İstanbul aeroportu dünyada ilk dəfə günəş enerjisindən istifadə edəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İstanbul Hava Limanı bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyən dünyada ilk hava limanı olacaq.

Banco.az xəbər verir ki, İGA Havalimanı İşletmesi A.S. əməliyyat şirkəti Eskişehir şəhərində təxminən 3 milyon kvadratmetr sahədə 199,32 MVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlayıb.

GES-in  tikintisinin 2024-cü ilin sonunadək başa çatdırılması planlaşdırılır. Layihə çərçivəsində günəş elektrik stansiyasında 439 min fotovoltaik panel quraşdırılacaq. Stansiyanın ildə 340 milyon kilovatsaat günəş enerjisi istehsal edəcəyi gözlənilir ki, bu da İstanbul Hava Limanının elektrik enerjisinə olan tələbatını tam ödəyəcək.

“Beləliklə, İstanbul Hava Limanı bütün elektrik istehlakını günəş enerjisi ilə ödəyəcək dünyada ilk hava limanı olacaq. Layihənin dəyəri 212 milyon avro qiymətləndirilir, stansiyanın bu ilin sonunda istifadəyə verilməsi planlaşdırılır”,- Anadolu Agentliyi qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, İstanbul Hava Limanı hazırda Türkiyənin və Avropanın ən böyük hava limanıdır. Beynəlxalq hava limanı 2019-cu ilin aprelində istifadəyə verilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et