İşsizlərə ŞAD XƏBƏR - Bu sahədə 1600 iş yeri yaradıla bilər | Banco.az

İşsizlərə ŞAD XƏBƏR - Bu sahədə 1600 iş yeri yaradıla bilər

Azərbaycanda maliyyə xidmətləri sahəsində 1600 iş yeri yaradıla bilər.

Bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

Qeyd olunur ki, maliyyə xidmətləri sektorunda prioritetlərin həyata keçirilməsi nəticəsində 2020-ci ildə real ÜDM-in750 milyon manat dəyərində artacağı, maliyyə xidmətləri sektorunda 1600 iş yerinin yaradılacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Yol xəritəsinə əsasən maliyyə xidmətlərinin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlər üzrə 2020-ci il üçün aşağıdakı əsas hədəf indikatorları müəyyən edilib:

- bank sektorunun gəlirliliyinin 2015-ci ilə nəzərən 7 faiz artması;
- 2020-ci ilədək fond birjasında listinqə mühüm sektorlardan əlavə 5 şirkətin çıxması;
- maliyyə dərinliyinin (kreditlərin qeyri-neft ÜDM-ə nisbətinin) 60 faiz təşkil etməsi;
- qeyri-işlək kredit əmsalının 8 faizədək azaldılması;
- sığorta penetrasiyasının (sığorta haqlarının qeyri-neft ÜDM-ə nisbətinin) 1,4 faizə çatması.

Mənbə: Trend.az