Müəllif:Gülbəniz Hüseynli/Banco.az
Sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaitinə işsizlikdən sığorta ödənişi deyilir.
Banco.az- xəbər verir ki, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq işəgötürənlə əmək müqaviləsi bağlamış və işsizlikdən sığorta olunan işçilər sığortaolunan hesab edilir.
Kimlər sığortaedən sayılır?
Dövlət orqanları
Fiziki şəxslər
Seçkili orqanların rəhbərləri
Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?
Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.
İşdən azad olunmuş şəxs nə etməlidir?
Bir şəxs üçün sığorta ödənişinin verilmə müddəti ilkin müraciət zamanı sığorta ödənişi təyin edildiyi aydan sonrakı 24 ay ərzində 9 aydan artıq ola bilməz. Sığorta ödənişi ilkin müraciət zamanı 6 ay, təkrar müraciət zamanı isə 3 ay müddətinə təyin edilir.
İlkin müraciət zamanı 1-ci və 2-ci aylar təyin edilmiş məbləğin 100 faizi, 3–4-cü ayları 80 faizi, 5–6-cı ayları üçün isə 70 faizi həcmində ödənilir. Təkrar müraciət zamanı isə hər ay minimum əməkhaqqı məbləğində ödəniş edilir. Məsələn, itirilmiş orta aylıq əməkhaqqı 1000 manat hesablanmış şəxs 1-ci və 2-ci ay 500 manat, 3-4-cü aylar 400 manat, 5-6-cı aylar isə 350 manat ödəniş alır.
Sığorta ödənişi almış şəxsə yenidən eyni əsaslarla növbəti dəfə yenidən sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay sığorta stajı tələb olunur. Yəni, artıq 2 dəfə sığorta ödənişi almış şəxs azı 12 ay yenidən işləyərək sığorta stajı topladığı halda ona ödəniş edilə bilər.
Hansı hallarda sığorta ödənişinin verilməsi dayandırıla bilər?
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinə əsasən işsizlikdən sığorta ödənişi dayandırıla bilər
İşsizlikdən sığorta ödənişi əsasən İşsizlikdən Sığorta Fonduna (İSF) ödənilən sığorta haqları hesabına həyata keçirilir. İşsizlikdən sığorta haqqı üzrə sığorta tarifləri işəgötürən tərəfindən hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi və işçinin əməkhaqqından tutulan 0,5 faizindən ibarətdir. 2018-ci ildən fəaliyyət göstərən İSF-nin ötən illər üzrə büdcəsinə nəzər salanda məlum olur ki, xərclərin çox kiçik hissəsi işsizliyə görə sığorta ödənişlərindən ibarədir. Cari il üçün Fondun xərclərinin 212 milyon 668 min 344,50 manat məbləğində proqnozlaşdırılıb ki, bunun 11 milyon manatı və ya 5,2 faizi işsizlikdən sığorta ödənişi üçün nəzərdə tutulub.