İsraildə iqtisadi risk səviyyəsi artırılıb | Banco.az

İsraildə iqtisadi risk səviyyəsi artırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrail Mərkəzi Bankı “makroiqtisadi risk səviyyəsini orta-aşağıdan orta-yüksəyə” çatdırıb.

Banco.az xəbər verir ki, İsrail Bankının (mərkəzi bank) 2023-cü ilin ilk 6 ayı üzrə hesabatında riskin artmasına səbəb kimi digər amillərlə yanaşı, "İsraildə hüquq sistemi ilə bağlı məhkəmə tənzimləməsinin nəticələrinə dair qeyri-müəyyənlik" də göstərilib.

Hesabatda “məhkəmə tənzimlənməsi ilə bağlı qeyri-müəyyənliyin iqtisadiyyatda risk payını artırdığı və bunun da məzənnənin dəyər itirməsi ilə müşayiət olunduğu” vurğulanıb.

Qeyd edək ki, ötən həftə İsrail mətbuatının yazdığına görə, hökumətin təklif etdiyi məhkəmə tənzimləməsi ilə bağlı siyasi qeyri-müəyyənlik İsrail şekelinin ilin əvvəlindən bəri ABŞ dollarına nisbətdə təxminən 10 faiz əriməsinə səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram