İsrail Türkiyəyə uçuşları bərpa edəcək | Banco.az

İsrail Türkiyəyə uçuşları bərpa edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsraildən Türkiyəyə aviareyslər yenidən başlayacaq.

Banco.az xəbər verir ki, bu barədə İsrailin Xarici işlər naziri Eli Koen məlumat verib.

O bildirib ki, ikitərəfli münasibətlərin yaxşılaşması nəticəsində İsraildəki hava yolu şirkətləri Türkiyəyə birbaşa uçuşları bərpa edəcək.

Hazırki Türkiyə ziyarətini həmrəylik səfəri kimi qiymətləndirən nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, ilk uçuş cümə axşamı həyata keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram