İsrail Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edib | Banco.az

İsrail Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə İsraillə xarici ticarət əməliyyatlarını tamamilə dayandırdığını bəyan edib.

Banco.az xəbər verir ki, bu qərara cavab olaraq İsrail Türkiyə ilə azad ticarət müqaviləsini ləğv edəcək və Türkiyədən idxal olunan məhsullara 100 faiz gömrük rüsumu tətbiq edəcək.

Bu barədə "Reuters" xəbər agentliyi məlumat yayıb.

İsrailin maliyyə naziri Bezalel Smotriç tərəfindən cümə axşamı edilən açıqlamada sözügedən qərarların Türkiyənin ticarəti dayandırma hərəkətinə cavab olaraq verildiyini və Türkiyənin bu qərarının "beynəlxalq ticarət razılaşmalarını ciddi şəkildə pozduğunu" vurğulayıb.

Qeyd edək ki, plan təsdiq üçün İsrail Nazirlər Kabinetinə təqdim olunacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bildirmək lazımdır ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollara çatıb. Bu məbləğin 76 faizini Türkiyənin İsrailə ixracatı təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et