İsrail Misirə qaz ixracını artırmağa razılaşıb | Banco.az

İsrail Misirə qaz ixracını artırmağa razılaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsrail Aralıq dənizindəki Tamar yatağından Misirə qaz ixracını artırmağa razılıq verdiyini bildirib.

Banco.az xəbər verir ki, bu barədə İsrailin energetika naziri Yisrael Katz məlumat verib.

Onun sözlərinə görə, daxili bazara qaz tədarükünə zəmanət verildikdən sonra Misirə ixracın artırılması təsdiqlənib.

Nazir həmçinin qeyd edib ki, bu addımla dövlətin gəlirləri artacaq və İsraillə Misir arasında siyasi əlaqələr güclənəcək.

Bununla belə, Katz Misirə qaz ixracındakı artımın miqdarı barədə məlumat verməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram