Müəllif: Tamara Mustafayeva, Banco.az
İsrail Mərkəzi Bankı ölkə iqtisadiyyatı ilə bağlı xəbərdarlıq yayımlayıb.
Banco.az xəbər verir ki, İsrail Bankının (mərkəzi bank) yayımladığı hesabatda hökumətin mübahisəli məhkəmə islahatını qəbul etməsi halında iqtisadiyyatın ildə 47 milyard 600 milyon İsrail şekeli (təxminən 13 milyard 160 milyon ABŞ dolları) zərər çəkə biləcəyi xəbərdarlığı edilib.
Hesabatda faiz dərəcələrini ardıcıl 9-cu dəfə yüksəldərək uçot dərəcəsini 4,5 faizə çatdıran Mərkəzi Bankın ölkədə faiz dərəcələrini 2007-ci ildən bəri ən yüksək səviyyəyə qaldırdığı bildirilib.
Hesabatda həmçinin İsrail iqtisadiyyatı üçün “ən yaxşı” və “ən pis” ssenarilər yer alıb.
Qeyd edək ki, İsrailin Ədliyyə naziri Yariv Levinin yanvarın 5-də elan etdiyi “məhkəmə islahatı” Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılması və iqtidarın hakimlərin təyinatında söz sahibi olmaq kimi dəyişiklikləri ehtiva edir.
Bizi sosial şəbəkələrdən izləyin!!