İsrail Azərbaycandan 631 mln. dollarlıq neft alıb | Banco.az

İsrail Azərbaycandan 631 mln. dollarlıq neft alıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

İsrail bu ilin yanvar-iyun aylarında Azərbaycandan 631 milyon 333 min dollar dəyərində neft idxal edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 299 milyon dollar və ya 32,1% azdır.

Hesabat dövründə İsrailin idxal etdiyi neftin həcmi isə illik müqayisədə 20,2% azalaraq 1,2 milyon ton olub.

Qeyd edək ki, İsrail həcmlərinə görə Azərbaycanın xam neft ixrac etdiyi 3-cü ölkədir. Ötən ilin eyni dövründə İsrail bu siyahıda 2-ci olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram