İspaniyada sənaye bərpa olunur? | Banco.az

İspaniyada sənaye bərpa olunur?

İspaniya iqtisadiyyatında canlanma müşahidə olunub. Yavaş templə olsa da, irəliləyiş qeydə alınıb. 2013-cü ilin noyabr ayında sənaye istehsalının həcmi 2.6% artıb. Milli Statistika Xidmətinin məlumatlarına əsasən, oktyabr ayı üzrə göstərici gözlənildiyindən daha çox enməklə, 1.3%-ə çatıb. Avropa iqtisadiyyatında 2 ildir davam edən böhran dövrü ötən ilin payızında rəsmi şəkildə başa çatıb. Tənəzzül dövrünün bitməsinə ixrac səviyyəsinin və Avropa hüdudlarından kənarda İspaniya mallarına olan tələbatın artması kömək edib. Lakin ölkədəki artım sürəti (2013-cü ilin 3-cü rübündə 0.1%) olduqca yavaşdır və hələ də sənaye sahəsində artım qeydə alınmayıb. Analitiklər hesab edirlər ki, noyabr ayı üzrə göstəricilər əvvəlki dövrlə müqayisədə nisbətən yüksək olsa da, bu rəqəm İspaniyanın 4-cü rüb üzrə ümumi iqtisadi göstəricilərinə təsir etməyəcək.

Ən sərfəli kredit üçün müraciət et

Banco.az / Sevinc İbadova

Ən sərfəli krediti almaq üçün müraciət et