İspaniyada inflyasiya artımı sürətlənib | Banco.az

İspaniyada inflyasiya artımı sürətlənib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu ay İspaniyada inflyasiyanın artım tempi təəccüb doğurub.

Banco.az xəbər verir ki, fevral ayında İspaniyada inflyasiya elektrik enerjisi və ərzaq qiymətlərinin bahalaşması səbəbindən gözlənilmədən artım göstərib.

Hökumətin zəruri istehlak məhsullarına qoyulan vergiləri azaltması qərarından sonra artıq ikinci aydır ki, inflyasiyanın sürətlənməsi ekspertləri təəccübləndirib.

Madrid Statistika İnstitutu tərəfindən bugün edilən açıqlamaya görə, ölkədə istehlak qiymətləri bir il əvvələ nisbətən 6,1% artıb ki, yanvar ayında bu göstərici 5,9 faiz təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ekspertlər bu ay inflyasiyanın zəifləyərək 5,7 faizə düşəcəyini proqnozlaşdırmışdılar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et