İspaniyada bank hesabını necə açmalı? | Banco.az

İspaniyada bank hesabını necə açmalı?

2014-cü ildən bəri İspaniyada əncəbilər üçün hesab açılması qaydaları nisbətən sərtləşdirilib. Amma bir az əzmkar olub və lazımi sənədləri hazırladıqda hər şey mümkündür və gözlədiyinizdən daha asan alına bilər. Sadəcə yoldan keçərkən, ayaqüstü hər hansı bir banka dəyib hesab açdırmaq əlbəttə ki, artıq mümkün deyil. Bank əmin olmalıdır ki, sizin İspaniyada maliyyə fəaliyyətinə dair ciddi niyyətləriniz var.

Hesab açılması üçün standart ərizə formasından əlavə, hansını ki, sizə bankda təqdim edəcəklər, həm də bu sənədlər lazım olacaq: qüvvədə olan xarici pasport, nə vaxtdan və hansı vəzifədə çalışmağınız göstərilmək şərti ilə iş yerindən arayış, fiziki şəxslərin gəlir vergisi ilə bağlı arayış və “Əcnəbilərin İspaniyada Nömrəsi” (NİE). Bütün sənədlər ispan dilinə tərcümə olunmalı və tərcümələr lazımı qaydada təsdiqlənməlidir.

NİE nömrəsi polis xidmətinin əcnəbilər ilə iş şöbəsi tərəfindən verilir. Onu əldə etmək üçün polis xidmətinə ərizə-anket ilə müraciət etməli, lazımı rüsumu ödədiyiniz haqqında qəbz təqdim etməli  və NİE-nin sizə niyə lazım olmasını əsaslandıran sənəd təqdim etməlisiniz. NİE-nin zəruriliyini sübut edən sənəd kimi adətən yaxınlıqdakı daşınmaz əmlak satışı şirkətindən alqı-satqı ilə bağlı ilkin razılıq müqaviləsi ala bilərsiniz. Bu sənəd sizin üzərinizə heç bir öhdəlik qoymur, amma ki, NİE əldə etmək üçün tutarlı əsas hesab olunur.

Ən sərfəli kredit üçün müraciət et

Əgər siz İspaniyada pullarla bağlı hər hansı bir fəaliyyət həyata keçirmək istəsəniz ( mobil əlaqə üçün müqavilə imzalamaqdan tutmuş, ipoteka kreditinə qədər), sizə Əcnəbilərin İspaniya Nömrəsi lazım olacaq, ona görə də istənlən halda onu əldə etməli olacaqsınız.

Sənədləri düzgün tərtib etdikdə NİE-nin əldə edilməsi  iki həftəyə qədər vaxt aparır, hesabın açılması isə bankdan asılı olaraq, ya dərhal, müraciət etdiyiniz anda, bir neçə gün ərzində gerçəkləşir.