Müəllif:Ayşən İmanova/Banco.az
İslandiya müdafiə ehtiyacları üçün Ukraynaya 30 milyon dollar maliyyə yardımı ayırıb.
Banco.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa islandiyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.
“Ukrayna tərəfinə xüsusi olaraq müdafiə ehtiyacları üçün göstərilən yardımın məbləği bu gün 30 milyon dollar təşkil edir”, - o qeyd edib.
Sibiqa əlavə edib ki, İslandiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə hərbi istehsalın artırılması imkanlarını da müzakirə edib, lakin detalları açıqlamayıb.