İslam bankçılığı nədir, hansı üstünlükləri var? | Banco.az

İslam bankçılığı nədir, hansı üstünlükləri var?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada ilk müasir islam bankı 1975-ci ildə Birləşmiş Ərəb Əmirliklərində yaradılan Dubay İslam Bankı olub. İslam bankçılığını tənzimləyən ilk qanunvericilik isə 1983-cü ildə Malayziyada qəbul edilib.

Banco.az bu barədə olan məlumatı təqdim edir:

İslam bankçılıq sistemində banklar gəlir əsasında işləyir, amma kreditə faiz almırlar.

Gəlir əsasən 3 istiqamətdə əldə edilir.

  1. Ticarət prosesi,
  2. İcarələr yolu,
  3.  Bağlanan müqavilələrin birbaşa maaliyələşdirilməsi

İslam bankçılığının xüsusiyyətləri:

Maliyyə bazarlarda maddi aktivlərə əsaslanan əməliyyatlar aparılır.

Pulların əmtəə şəkilində istifadə edilə bilmir.

Faiz hesablanması metodu fərqlidir.

Ən sərfəli kredit üçün müraciət et

İslam dini ilə qadağan olunmuş məhsulların istehsalı, ticarəti maliyyələşməsi aparılmır.

-İslam maliyyəsində faiz ortaqların bölgüsünü ifadə etmək üçün istifadə olunur. Bununla yanaşı, bank göstərdiyi iş və xidmətə görə komisyon (haqq) tuta bilər. İslam maliyyəsinin muşarəkə və mudaraba alətləri sonda xalis mənfəətdən pay nisbətinə görə gəlirin əldə olunmasına dayanır. Bu baxımdan, xalis mənfəət gəlirdən xərclərin çıxılması və mənfəət vergisinin ödənilməsindən sonrakı hissə başa düşülür. Prinsipcə ümumi iqtisadi anlayışlarla eynilik təşkil edir.

İslam sığorta sistemində sığortaedənlər öz sığorta haqlarını ümumi hovuza qoyurlar. İl ərzində müxtəlif sığorta hadisələrinə görə zərərçəkmişlərə pul ödənilir. İlin sonunda sığorta şirkəti xalis mənfəəitini hesablayır. 

Borca görə dəbbə pulu hesablanmır. Yəni bu bankçılıq sistemi ilə təqdim edilən kreditlərə görə faiz tutulmur. Əgər vətəndaş zəruri sosial yönümlü ehtiyacları üçün kredit götürürsə, yalnız həmin məbləği geri qaytarır.

Hazırda islam bankçılığı geniş coğrafi kontingenti əhatə edərək, ABŞ-dən Çinədək dünyanın müxtəlif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində tətbiq edilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti tərəfindən “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” təsdiq olunub. Sözügedən sənəddə islam bankçılığının inkişafı öz əksini tapıb.