İslam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadə nəzərdən keçirilir | Banco.az

İslam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadə nəzərdən keçirilir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının görüşünü keçirilib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov öz tvitter hesabında yazıB.

Görüş zamanı maliyyə-bank sektoru ilə sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının yaxşılaşdırılması istiqamətində müzakirələr aparılıb.

“Görüşdə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, güzəştli kreditlərin əhatə dairəsinin genişləndirilməsi, regionlarda sahibkarların girov təminatında üzləşdikləri problemlərin aradan qaldırılması, real sektorun inkişaf etdirilməsi üçün islam bankçılığı kimi alternativ maliyyə alətlərindən istifadənin nəzərdən keçirilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, həmçinin Mərkəzi Bankın requlyator kimi zəruri dəstək tədbirləri və digər məsələlər ətrafında fikir mübadiləsi apardıq”- deyə, T.Kazımov bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et