"İşçilərin faktiki əldə etdiyi əmək haqqının həcmi artacaq" | Banco.az

"İşçilərin faktiki əldə etdiyi əmək haqqının həcmi artacaq"

"İşçilərin faktiki əldə etdiyi əmək haqqının həcmi artacaq"

Vergi məcəlləsində ediləcək dəyişikliklərlə əmək haqqı 8000 manata qədər olan şəxslərin gəlir vergisi üzrə 100%-lik güzəşt əldə etməsilə bərabər, sosial sığorta haqqının işçilərə münasibətdə 10%-ə qaldırılması onların vergi yükünü artıracaqmı?

Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru Samirə Musayeva bu sualı cavablandırıb. Bildirib ki, dəyişikliklərdən sonra həm işçinin, həm də işəgötürənin cəmi fiskal yükü azalacaq. "İşçinin isə faktiki olaraq əldə etdiyi əmək haqqının məbləği azalmır, əksinə artır. Bununla bağlı hesablamalar ictimaiyyətə təqdim olunacaq və buradan da işəgötürənin vbə işçinin vergi yükünün artmadığı görünəcək. Bu həm sahibkarı, həm də işçini rəsmi şəkildə əmək haqqı müqaviləsi bağlamağa təşviq edəcək. Qanunun qəbulu çərçivəsində, yalnız işçinin və işəgötürənin vergi yükünün azaldılması deyil, həmçinin, işçinin gələcək üzrə pensiya təminatının da hər hansı formada azalmaması nəzərdə tutulub".

Ən sərfəli kredit üçün müraciət et

finans.az

Ən sərfəli krediti almaq üçün müraciət et