İşçilərin 43%-i işdən çıxmağı düşünür | Banco.az

İşçilərin 43%-i işdən çıxmağı düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

Pandemiyanın mənfi təsirləri, siyasi gərginliklər, iqtisadi dalğalanmalar və təbii fəlakətlər uğur, məqsəd və dəyər anlayışımızı dəyişdirib.

Banco.az xəbər verir ki, 22 ölkə və 26 sektorda 17 mindən çox işçi və 1575 işəgötürənin iştirakı ilə həyata keçirilən “EY 2022 Work Reimagined” sorğusu dünya miqyasında baş verən mənfi hadisələrin işçi qüvvəsi və işçilərin motivasiyasına təsirlərini aşkara çıxarıb.

Sorğuya cavab verən işəgötürənlərin 68%-i son 12 ayda işçi dövriyyəsi nisbətinin artdığını bildirsə də, işçilərin 43%-i bu vəziyyət nəticəsində gələn il hazırkı işlərini tərk etmə ehtimallarının olduğunu bildirib. 

İşçilərinin biznes proseslərində iştirakını artırmaq, onlarla sədaqət bağı yaratmaq və motivasiyalarını artırmaq istəyən şirkətlər həll yolunu korporativ kadr hazırlığında görür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et