İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilmişdir.
Bu barədə Banco İcbari Sığorta Bürosuna istinadən xəbər verir.
İcbari Sığorta Bürosu tərəfindən 18 yanvar 2015-ci il tarixdə saat 19:30 radələrində Hacıqabul rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün ağır dərəcəli xəsarətlər alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 1500 AZN (bir min beş yüz manat), məbləğində kompensasiya ödənişi poçt vasitəsi ilə 30 iyun 2015-ci il tarixdə köçürülmüşdür.