İcbari Sığorta Bürosu tərəfindən 12 avqust 2014-cü il tarixdə Muğanlı-İsmayıllı yolunun 10-cu kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində bir ailə üzvünün vəfat etməsi və digərinin ağır xəsarət alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 6500 AZN (altı min beş yüz manat) məbləğində kompensasiya ödənişi verilmişdir. Kompensasiya ödənişi poçt vasitəsi ilə 01 aprel 2015-ci il tarixində köçürülmüşdür.