İSB-nin Himayəçilər Şurasına yeni üzvü | Banco.az

İSB-nin Himayəçilər Şurasına yeni üzvü

Standard Insurance” ASC-nin sığorta şirkətinin İdarə Heyətinin sədri Aydın Rəhmanov Himayəçilər Şurasına yeni üzv seçilib. Bu barədə İSB-nin məlumatında qeyd edilir.

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri Kamal İbrahimovun səlahiyyətlərinə, öz ərizəsinə əsasən, vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar onun yerinə Aydın Rəhmanov seçilib.

Yığıncaqda İcbari Sığorta Bürosunun 2014-cü il üzrə fəaliyyəti barədə məlumat verilib, “Audatex” şirkəti ilə əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər müzakirə edilib, “İcbari Sığorta Bürosunun informasiya sisteminə Büronun internet səhifəsi vasitəsilə qoşulmağa icazə verilməsi Qaydaları”nın ləğv edilməsi məsələsi, o cümlədən, Büronun tərkibində yaradılmış Komissiyalar barədə məlumatlar diqqətə çatdırılıb, habelə, 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Yığıncaqda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, İcbari Sığorta Bürosunun və iştirakçı sığortaçıların rəhbər vəzifəli şəxsləri iştirak ediblər.

interfax.az