Stress başımızın bəlasıdır .. Xüsusilə müasir həyatın gətirdiyi ən böyük problemlərdən biridir. Hətta bir çox xəstəliyin səbəbi stressdir. Bəs iş stresini necə azalda bilərik?
1 - Vaxtınızı idarə edin - Bir siyahı hazırlayın. Və bu siyahıda həm edəcəkləriniz, həm də etməyəcəkləriniz yazılmalıdı.
2 - Sakit olmağı çalışın - Çox sıxıldığınız vaxtlarda dərin bir nəfəs alın. Sakit olun. Stresi asanlıqla yox etməyin bir yolu da sakit olmağı öyrənməkdir.
3 - Gülümsəyin - Gülüş stressi azaldır. Ətrafınızdakı insanlara gülümsəyərkən, özünüz də istəmədən xoşbəxt olarsınız. Amma məcburi gülümsəməyin, səmimi olun. Gülümsəmək bütün gününüzü motivasiya edəcək.
4 - İşləyərkən qısa fasilələr verin - Çalışarkən 5 dəqiqəlik ara vermək sizi motivasiya edər. Bunun için oturduğunuz kürsüdən qalxın, bir neçə dəqiqəni özünüzə ayırın. Çay için, dostlarınızla danışın.
5 - Qarşınızdakını daha çox dinləyin - İş yoldaşlarınız bir mövzuda sizinlə fikir birliyində deyilsə, nə olursa olsun, özünüzü pis hiss etməyin; onları yaxşı dinləyin və ortaq mövzular tapın.
6 - Yuxunuza fikir verin - Yuxusuzluq da stress yaradar. Yuxu nizamınızı yaradaraq özünüzü daha yaxşı hiss edə bilərsiniz. Beləliklə işdəki konsentrasiyanız da artar. Stressli bir günün sonunda yaxşı bir yuxu mütləqdir.
7 - Optimist Dostlar tapın - Stressinizi azaldacaq optimist dostlar tapın. Onlarla danışın. Hətta iş yerində də müsbət düşünən dostlarınızla yan-yana gəlməyə çalışın. Kefinizi yerinə gətirəcəklərini unutmayın.
Günel Abduraxmanova / Banco.az