İş yerində rəqabət | Banco.az

İş yerində rəqabət

Rəqabət həyatımızın hər hissəsində olduğu kimi iş həyatımızda da var. Uşaqlıqdan bu günə qədər insanlarla rəqabət mədəniyyəti iş həyatında da bizimlə bərabər gəlir. Şirkətlər rəqabəti özlərinə faydalı olması üçün istəyirlər.

İşçilər və bölmələr arasındakı rəqabət fəaliyyətlərin yüksəltməsi, bunun da şirkətin ümumi müvəffəqiyyətinin artırılması gözlənilir. Ancaq rəqabətin çox yaxşı idarə edilməsi lazımdır. Çünki rəqabət bərabərində stres və mübahisə gətirər. Bölmələr və işçilər arasında meydana gələbiləcək qarşıdurmalar, şirkətin maraqlarına zərər də verə bilər. Performansını istənilən şəkildə yüksəltməyən işçilər digərlərinin uğursuz olmasını istəyə bilirlər. Bunun üçün də rəqabət etdikləri vahidin xeyrinə olan bir mövzuda şirkətə xeyir gətirəcəyini bildikləri halda dəstək olmazlar. Bu da ümumi qazanc üçün çox vacib olan kollektiv ruhuna zərər verir.

Ən sərfəli kredit üçün müraciət et

Şəxsi hirslərin şirkətin ümumi maralarına zərər verməsinin qarşısını almaq lazımdır. Rəqabətlə bərabər digər işyoldaşlarına xeyir gətirən bir sistem də olmalıdır. Əks təqdirdə sadəcə fərdi müvəffəqiyyətin ya da aid olduğu bölmənin müvəffəqiyyətinin qəbul edildiyi bir sistemdə, şirkətin ümumi maraqlarının əhəmiyyəti qalmaz. Şirkətə bağlılığı artıracaq təşkilatlar, müxtəlif mükafat sistemləri və qrupişi tədbirlər görülməsi lazımdır. Çünki, işçilərin şirkətə bağlılığı işçilərin, şirkətin maraqlarını qorumasını təşkil edər və o şirkətin fəaliyyətinin artmasına kömək edən faktorlardan biridir. Rəqabətin ölçüsünü müəyyənləşdirmənin əhəmiyyəti ilə bağlı olaraq müasir tibbin qurucularından qəbul edilən Paracelsusun sözünə qulaq vermək faydalı olar: Zəhər ilə dərmanıbir-birindən ayıran ölçüsüdür.

 

Ən sərfəli krediti almaq üçün müraciət et