Müasir dövrdə prestiji və adı olan istər böyük, istər kiçik dövlət və özəl müəssisələrin demək olar ki, hamısında dres-kod (dress-code), yəni xüsusi geyim qaydaları var. Bəzilərində sadəcə ətək (yubka) və köynək, bəzilərində şalvar və köynək, bəzilərində isə seçimə bağlı geyim olur. Bu cür, yəni ətək və ya şalvar geyinmək seçiminin sizin üzərinizdə olduğu iş yerində nə geyinmək barədə yəqin ki, dəfələrlə sual qarşısında qalmısınız (xüsusilə əgər kişi kollektivində çalışırsınızsa): şalvarmı geyinmək, ətəkmi?
Şalvarda həm fiziki, həm də psixoloji baxımdan rahat olursunuz. Onlar sizi lazımsız diqqətli baxışlardan xilas edirlər. Sizin yüngül xarakterli olmağınızla bağlı sualları aradan qaldırır və sizin “ciddiliyinizə” xallar əlavə edir.
Ətəkdə siz öz qadın üstünlüklərinizdən öz xeyrinizə istifadə edə bilərsiniz: çətin ki, kimsə sizə kobudluq eləsin, çətin ki, kimsə sizə ciddi rəqib kimi baxsın. Siz öz qadın təbiətinizi vurğulayırsınız və ətrafdakıların gözündə olduğunuzdan daha zərif və zəif görünürsünüz.
Amma bir məqam da var. Siz ətəyi geyinəndə hər şeyi, xüsusilə də ətəyin uzunluğunu elə nəzərə almalısınız ki, sizin şəxsiyyətinizə olan hörmət bir damcı da olsa azalmasın.
kayzen.az