BOKT Embafinans QSC aşağıda qeyd olunan göstəricilər üzrə “Mikro-biznes kreditləri üzrə kiçik mütəxəssis” vəzifəsi üzrə vakansiyasını elan edir:
Əsas vəzifə və öhdəliklər:
- Mikro biznes kredit məhsullarını təbliğ etmək, potensial müştəriləri cəlb etmək və Cəmiyyəti müştəri qarşısında təmsil etmək;
- Müştərilərlə biznes görüşlərin aparılması; cəlb olunan müştərilər qarşısında qoyulan tələblərin icrasına nəzarət;
- Biznes analizlərin aparılması;
- Keyfiyyətli kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı.
Tələb olunan keyfiyyətlər və əsas bacarıqlar:
Təhsil : Ali
İş təcrübəsi : 1 ildən aşağı
Yaş : 22 - 30
Cins : Kişi
- Ali təhsilli;
- Özünü satışda görən, aktiv inkişafa meyilli universiteti yeni bitirən gənclər üçün təcrübə mütləq deyil.
- Əla səviyyədə Azərbaycan dili (ingilis və rus dilini bilmək arzu olunandır.)
- Məsuliyyət və stresə davamlılıq;
- Yüksək səviyyədə satış qabiliyyəti;
- Operativlik;
- Komandada işləmək bacarığı;
- Tapşırıqların həllində çeviklik.
Müracət və seçim qaydaları:
Maraqlananlar müraciət formalarını CV (resume) [email protected] ünvanına göndərə bilərlər.
Əmək haqqı: 400 - 500 manat (AZN)
Daha ətraflı məlumat *1414 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
https://www.facebook.com/embafinans/
https://www.instagram.com/embafinans/
Bizi sosial şəbəkələrdən izləyin!!