İş tapmaq üçün nə qədər vaxt lazımdır? | Banco.az

İş tapmaq üçün nə qədər vaxt lazımdır?

Yeni məzun olmuş şəxslər və ya iş yerini dəyişmək istəyənlər iş axtararkən müddəti də nəzərdən keçirməlidirlər. Bu müddətə təsir edən amillər hansılardır? Mütəxəssislərin fikrincə iş tapmaq müddəti orta hesabla 6 ay ilə 1 il arası olsa da, bu müddət axtardığınız vəzifə, yaş, maaş gözləntiləri kimi faktorlara görə dəyişir.

İş axtaran şəxslər ümumiyyətlə axtarışlarını gözləntilərinə uyğun olaraq həyata keçirirlər və bu, müddəti bir qədər də uzada bilirlər. Başlanğıcdan daha rahat və realist, bazar şərtlərini yaxşı araşdıranlar bu çətinliyin öhdəsindən asanlıqla gəlirlər.

Mütəxəssislərin şərhlərindən çıxan nəticələri sizinlə paylaşırıq. 

Ən tez iş tapanlar

Menecerlərin daha asan iş tapdığını fikirləşərək yanılırsınız. Təcrübəli mütəxəssislər orta və üst səviyyə idarəçilərdən daha sürətli iş tapırlar. Bunun əsas səbəbi həm tələbatın çoxluğu, həm də şirkətlər üçün daha az xərcli olmasıdır. Ən sürətli iş tapanlar xarici dil bilən, 2-5 illik təcrübəli, öz sahələrində mütəxəssis olanlardır. Xüsusilə satış sahəsində 1 ay ərzində, maliyyə və marketinq sektoru üzrə isə 2 ay ərzində iş tapmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Tələbatın çox olduğu sahələr

Ən qısa vaxtda iş tapanlar satış sahəsində olanlardır. Satış, maliyyə nəzarətçisi, analitik, icraçı köməkçisi, java mütəxəssisi, biznes inkişaf meneceri, mağaza işçiləri, çağrı mərkəzi işçiləri kimi tələbin çox olduğu sahələrə müraciət edənlər qısa vaxtda iş tapa bilirlər. İdarə heyəti üzvləri və CEO-lar 2-6 ay arasında iş tapa bilirlər, lakin bəzi sahələrə görə bu müddət uzana bilər. İnşaat, tekstil, əczaçılıq kimi sahələr üçün bu müddət 1 ilə qədər çəkə bilər. İnsan resursları idarəedilməsi kimi vəzifələr digərlərinə nisbətən daha asan iş tapa bilir.

Yaş amili

30-35 yaş aralığında olan insanlar daha asan iş tapırlar. Bu proses 25 yaşdan aşağı və 45 yaşdan yuxarı insanlar üçün daha çətindir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et