Müəllif: Tamara Mustafayeva, Banco.az
Çevik iş saatları ilə seçilən ölkələrlə gəlin tanış olaq.
Banco.az xəbər verir ki, Çili həftəlik iş vaxtını 45 saatdan 40 saata endirən qanun layihəsini ratifikasiya edərək iş vaxtı ilə bağlı tənzimləmə edən ölkələr arasında yerini tutub.
Xatırladaq ki, Çilidə iş həftəsi 2005-ci ildə 48 saatdan 45 saata endirilmişdi.
Belçika
Belçikada koalisiya hökumətini quran partiyaların iyun ayında iş həyatında islahatlarla bağlı razılığa gəlməsindən sonra irəli sürülən tənzimləmə 2022-ci ilin noyabrında qüvvəyə minib. Tənzimləmə ilə işçilər işəgötürəndən 4 gün işləmək imkanı tələb edə biləcəklər. İşçi istəsə və işəgötürənlə razılaşarsa, həftəlik 38 saatlıq iş müddətini 5 gün əvəzinə 4 günə başa vura biləcək.
İslandiya
İslandiyadakı tədqiqatçıların sözlərinə görə, 2021-ci ildə keçirilən və dünyanın indiyə qədərki ən böyük 4 günlük iş rejimi sınağı uğurlu olub və bu sınağı İngiltərədə də keçirmək lazım idi.
Sınaqdan sonra İslandiyadakı Davamlılıq və Demokratiya Assosiasiyası (Alda) və İngiltərədəki "Autonomy" beyin mərkəzi tərəfindən dərc edilən birgə təhlil 2015-ci ildən 2019-cu ilə qədər davam edən və 2500-dən çox insanın iştirak etdiyi sınaqların “məhsuldarlığı və rifahı” artırdığını aşkar edib.
Hazırda işləyən əhalinin təxminən 90 faizində iş vaxtı qısaldılmışdır.
İngiltərə
İngiltərədə "Həftədə 4 günlük iş rejimi" təcrübəsinə qoşulan yerli firmaların əksəriyyəti fevral ayından etibarən 6 aylıq sözügedən pilot layihənin icrasını daimiləşdirib.
Belə ki, sınaqda iştirak edən 61 şirkətdən 56-sı ən azı hələlik həftənin 4 günü işləməyə davam edəcəklərini bildirib.
Almaniya
Dünya İqtisadi Forumunun (WEF) məlumatına görə, Almaniyada orta həftəlik iş saatı 34,2-dir. Daha az saat olmasına baxmayaraq, IG Metall birliyi iqtisadiyyatı pandemiyanın əlavə təsirlərindən xilas etmək üçün bu rəqəmin də azaldılmasına çağırır.
“Humansfirst” tərəfindən yayımlanan məlumatlara görə, bu gün Almaniyada proqram mühəndisliyi, məlumat elmi, marketinq və məhsul idarəçiliyi sahələrində çalışan 150-yə yaxın şirkət maaşlarında heç bir azalma olmadan 32 saatlıq iş həftəsindən istifadə edir.
Bizi sosial şəbəkələrdən izləyin!!