İş müsahibəsinə necə hazırlaşmalıyıq? | Banco.az

İş müsahibəsinə necə hazırlaşmalıyıq?

İş tapmaq günümüzün əsas problemlərindən biri olmaqda davam edir. Lakin iş tapmaqda sizin öz bacarıq və istəkləriniz də vacib rol oynayır. Buna namizədin özünü müsahibədən öncə və müsahibə ərzində necə aparmasının təsiri də əvəzsizdir. Bu yazıda sizə işə müsahibənizdə özünüzü necə daha yaxşı namizəd kimi göstərməyiniz haqda məlumat verəcəyik.

İlk olaraq müsahibəyə heç vaxt gecikməyin. Bu sizin işə münasibətinizin laqeyd olduğunu göstərə bilər. Əksinə çalışın iş müsahibəsinə 10-15 dəqiqə daha tez gedin. Unutmayın ki, iş sahibləri işlərini məhsuliyyətli insanlara tapşırmaq niyyətindədirlər.

İş yerinə daxil olarkən ofis menecerlə yaxud resepşlə xoş rəftar edin. Unutmayın ilk əlaqələr ilkin təəssüratdan yaranır. Hətta məlumat üçün bildirək ki, bir çox şirkətlər namizədi dəyərləndirərkən onun bu keyfiyyətinə xüsusi diqqət yetirirlər, çünki biznesi müştərisiz təsəvvür etmək olmaz və siz qarşınızdakı şəxslə normal ünsiyyət qura bilmirsinizsə, onda müxtəlif xarakterli insanlarla çalışmaq sizin və şirkətiniz üçün problem olacaq.

Danışarkən daşa divara deyil, danışdığınız şəxsin gözlərinə baxmağa çalışın. Bu sizi daha ciddi və iddialı göstərəcək. Aparılan çalışmalar belə davranışın müsbət ilkin təəssürat yaratdığını ortaya çıxarıb.

Ən sərfəli kredit üçün müraciət et

Applied Psychology-nin apardığı araşdırmaya görə, ilk tanışlıqda möhkəm əl sıxma özünüzə olan güvəni ortaya çıxarır. Belə olduqda isə sizin işi əldə etmək ehtimalınız artır.

Özünüz haqda danışarkən səmimi olun, amma bu səmimiliyin də normasını aşmamağa çalışın. Həddən artıq səmimilik və ya sünilik sizin haqda yalnış fikir formalaşdıra bilər.

Sualınız olduğu halda verməkdən çəkinməyin, çünki bu sizin xarakterinizi ortaya qoymaqla bərabər həmçinin bu işdə maraqlı olduğunuzu ortaya çıxarır. Təbii ki, suallar iş və ya müraciət etdiyiniz pozisiya ilə əlaqədar olmalıdır.          

Və ən əsas məsələ. İşə getməzdən hətta öz cv-zi yollamazdan öncə şirkəti araşdırın. Bu sizdə işə nə qədər uyğun olduğunuz və kollektivdə nə qədər uğurlu olacağınız haqda fikir formalaşdırır.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et