İş müsahibələrində bu SƏHVLƏRƏ yol verməyin! | Banco.az

İş müsahibələrində bu SƏHVLƏRƏ yol verməyin!

Tamara Mustafayeva, Banco.az

1. Müsahibə vaxtından çox tez orada olmaq

Müsahibəyə gecikməyin, lakin vaxtından lap çox tez də getməyin. Bir sözlə, müsahibədən 30 dəqiqə öncə orada olmağa çalışın. Doğru ünvanda olduğunuzu anladığınızda özünüzə bir qəhvə alın və 20 dəqiqəlik istirahət edin. Müsahibəyə isə 10 dəqiqə qalmış gedin.

2. Olduğunuz kimi görünməmək

Olmağınızı istədikləri insan olmayın. İnsanlar özünüzü olmadığınız kimi göstərməyə çalışdığınızı başa düşəcəklər və bu həmişə qırmızı kart göstəriləcək bir haldır.

3. Şirkəti araşdırmamaq

Müsahibədən əvvəl müraciət etdiyiniz şirkəti və vəzifəni araşdırın.

Şirkət haqqında məlumat əldə etmədən müsahibəyə getməyin. Bunun üçün sadəcə şirkətin internet saytına göz gəzdirsəniz kifayətdir. Əgər sizə aydın olmayan tərəflər varsa, müsahibə zamanı soruşmaqdan çəkinməyin.

4. Mövzudan yayınmayın

Namizədlərin çoxu müsahibə vaxtının tez bitməsi və çətin sullara vaxt qalmaması üçün bəzi suallara uzun cavablar verir, mövzudan yayınırlar. Lakin, işə qəbul edilmək üçün məzh həmin çətin suallara cavab vermək lazımdır.

5. Qarşıdakı insanın sözünü kəsməyin

Danışmaq üçün növbənin sizə gəlməsini gözləyin. Sizdən müsahibə götürən insanın cümlələrini tamamlamağa və ya sözünü kəsməyə çalışmayın.

6. Sual verməmək

Müsahibələrə sorğuya çəkilirmişsiniz kimi yanaşmayın. Əslində müsahibələr işin sizə uyğun olub olmadığını görməyiniz üçün əla fürsətdir. Komandanızı hansı çətinliklərin gözlədiyini, qarşıdakı 12 ay ərzində nəzərdə tutulan planları, bir iş gününün necə keçdiyini soruşun. Beləliklə işə olan marağınız ön plana çıxacaq, müsahibə rəsmiyyətdən kənarlaşıb söhbət abu-havası yaradacaq və sizin narahatlığınız azalacaq.

7. Bilmədikləriniz haqqında səhv məlumat vermək

Heç bir təcrübənizin olmadığı bir sahə ilə bağlı verilən suallara yanlış cavablar verməkdənsə, dürüst olub təcrübəsiz olduğunuzu, ancaq bu sahəyə maraq göstərdiyinizi bildirmək daha yaxşı təəssürat yaradır. Mümkündürsə asanlıqla öhdəsindən gəldiyiniz bənzər bir hadisədən bəhs edin.

8. Əvvəlki işiniz haqqında mənfi fikirlər söyləmək

Hamı bəzən işi haqqında gileylənir və bu olduqca normal haldır. Lakin, bunun iş müsahibəsi zamanı edilməsi düzgün deyil. Heç kəs daima şikayət edən bir insanı işə qəbul etmək istəməz.

9. Komandanın bir üzvü kimi deyil “Pop Ulduzu” kimi davranmaq

Ən sərfəli kredit üçün müraciət et

Əsasən yeni məzun olmuş insanlar özlərini “Pop Ulduzu” kimi göstərməyin onlara fayda gətirəcəyini düşünürlər. Əmin olun ki, bu belə deyil. İşə olan həvəsiniz, uğurlarınız və zəkanız sizin üçün müsbət göstərici olsa da, nəticədə sizi komandanın bir üzvü olmaq üçün işə qəbul edirlər. Əgər ofisin problemli uşağı olsanız, nə qədər ağıllı olmağınızın heç bir faydası olmayacaq. Başqa sözlə qrup şəklində yerinə yetirilən hər hansı bir işdəki rolunuz soruşulduğu zaman bütün işi sizin görməyiniz və qrupdakı digər yoldaşlarınızın işə faydası olmaması ilə fəxrlənmək heç kəsi təsirləndirməyəcək.

10. Həddindən artıq ətir istifadə etmək

Müsahibəyə gedəcəyiniz zaman ətirdən lazımi səviyyədə istifadə etdiyinizdən əmin olun, əgər deyilsəniz heç istifadə etməyin.

11. Bu işin sizə layiq olmadığını hiss etdirmək

İşin təsvirində qeyd edilənlərdən çox daha yaxşısını edə bilərmişsiniz kimi davranmayın. Keyfiyyətləriniz işin təsvirini üstələsə belə, bu müsahibənin sizin üçün vaxt itkisi olduğunu hiss etdirməyinizə haqq qazandırmaz. Hal-hazırda iş axtarmağınızın bir səbəbi var və bəlkə də həmin səbəb məhz bu davranışınızdır.

12. Sizə yönəldilən sual əvəzinə soruşulmasını istədiyiniz suala cavab vermək

Sizdən soruşulan suala cavab verin.

Əslində bu, çox bəsit səslənə bilər. Lakin, namizədlərin çoxu soruşulan sualı deyil soruşulmasını gözlədikləri sualı cavablandırırlar. Bu da sadəcə namizədin bildirmək istədiyi lüzumsuz məlumatların çatdırılmasını təmin edir.

13. Çox şəxsiləşdirmək

Peşəkar çərçivədən kənara çıxmayın. Əgər yaşadığınız xoşagəlməz bir vəziyyət haqqında danışmaq istəyirsinizsə, bilməli olduğunuz bəzi şeylər var. Əvvəla, sizdən müsahibə götürənlərin bu məlumatları bilməsinə ehtiyac yoxdur. İkincisi, sizə bu mövzularda sual verilməsi qanuni deyil və bu məlumatları onlara bildirdiyiniz zaman sizə qarşı istifadə edəcəklərindən şübhəniz olmasın.

14. Müsahibəni öz nəzarətiniz altında almağa çalışmaq

Sizə sual vermələrinə imkan verin.

Müsahibəni öz nəzarətiniz altına almayın. Sualları cəld və təsviri nümunələrlə cavablandırın.

15. Müsahibənin necə keçdiyini soruşmaq

Müsahibənin yekununda sizdən müsahibə götürənlərdən görüşün necə keçdiyini soruşmayın. Bu işə qəbul edilib edilmədiyinizi soruşmağa bərabərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et