İş məhsuldarlığınızı artıracaq 3 vərdiş | Banco.az

İş məhsuldarlığınızı artıracaq 3 vərdiş

Hər gün bu üç vərdişi təkrarlayaraq daha məhsuldar ola bilərsiniz.Sahibkarlar, dünya liderləri və professional idmançıların ortaq bir xüsusiyyəti vardır: Hamısının qəribə vərdişləri var.İdman dünyasında yerə tüpürmək və hətta alqışlamaq kimi qəribə vərdişlər idmançının performansını yaxşılaşdırmaqla əlaqəlidir.Lakin bunların hamısı batil inanclar deyilmi?

Bir neçə kiçik ritual vərdişləri yerinə yetirmək məhsuldarlığınıza yetəri qədər təsir göstərə bilər.Bəzi hesablamalara görə, insanların 45 faizi onlar üçün çətin olan vəziyyətlərdən əvvəl, ritual vərdişlərini etdiklərini etiraf edirlər.Sayacağımız dörd vərdiş, rituallar qədər qəribə olmaya bilər, ancaq ən azından məhsuldarlığınızı necə artıracağınızı açıqlayar.

1.Günə bir az erkən başlayın

Əsas davranışlarla başlayaq.Erkən günə başlamaq qulağa xoş gəlməyə bilər, ancaq vərdiş halına çevrildiyində bu məsələyə baxış bucağınızı dəyişəcəksiniz.Sizi səhərlər erkən işə getməyə və 30 dəqiqə tez başlamağa təşviq etmirik.Məqsəd, hər gün eyni vaxtda oyanmaq və nəqliyyatda əsəbləşmədən işə rahat çatmağınızdır.Bunu vərdiş halına gətirsəniz, həyatınızdan bu kimi narahatlıqları çıxara bilərsiniz.İş yerində də əhval-ruhiyyəniz və məhsuldarlığınız artar.

Ən sərfəli kredit üçün müraciət et

2. Gözünüzün görə biləcəyi hər yerə özünüz üçün qeydlər edin

İlhamın nə zaman gələcəyini bilə bilmərik.Bəzən işə gedərkən, bəzən duşda ikən, bəzən isə yatmadan əvvəl.Bu na görə də, fikirlərinizi unutmamaq və yerinə yetirmək üçün qeyd yazmağa laqeyd yanaşmayın!Özünüz üçün etdiyiniz qeydlər ilk əvvəl pis bir vərdiş kimi gələ bilər.Yaddaşınızın zəif olduğu, unutqan olmağınız kimi bir təəssürat yarada bilər.Lakin, iş yerinizin hər yerində qeydlər apararaq, aktiv, məhsuldar və qorxusuz bir zehniyyət yarada bilərsiniz.Əhəmiyyətli olan bunu vərdiş halına gətirmənizdir.

3. İşlədiyiniz sahəni qaydaya salmaq üçün hər səhər bir dəqiqə vaxt ayırın

Masalarımız, iş sahələrimiz, işdə keçirdiyimiz zaman əslində evimizin bir hissəsi kimidir.Amma işlədiyiniz yerdə evinizdəki kimi hiss edə bilirsinizmi? Çalışdığınız yerdə özünüzə aid bir sahə yaradın.Səhər gəldiyinizdə, hər şeyin yerində olduğundan əmin olun.Lazımlı bütün vasitələrin asanlıqla əldə edə biləcəyiniz yerdə olub olmadığını yoxlayın.

Tərcümə: Güllü Nağıyeva