"İş icazələrinin alınmasında azalma müşahidə olunub" | Banco.az

"İş icazələrinin alınmasında azalma müşahidə olunub"

Bildiyiniz kimi Azərbaycanda əməkçi miqrantlar işəgötürənlər tərəfindən alınmış iş icazələri əsasında işləyirlər. 

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bildirib ki, 2020-ci ilin ilk altı ayında 2019-cu ilin eyni dövrü ilə müqayisədə iş icazələrinin alınmasında 16% azalma müşahidə olunub:

"Azərbaycanda xüsusi karantin rejiminin tələbləri çərçivəsində bir sıra müəssisələrin fəaliyyətini müvəqqəti dayandırdığı və giriş-çıxışa tətbiq edilən məhdudiyyətin 5 aydan çox davam etdiyi nəzərə alındıqda, bu göstəricinin yaxşı hesab oluna biləcəyi qənaəti formalaşır. Hazırda iş icazəsi əldə edən əməkçi miqrantlar yerli əmək ehtiyyatlarının iddia etmədiyi vəzifələri tutan və əsasən əvvəlki illərdə bu icazə ilə təmin olunan və müddətin uzadılması üçün müraciət edən şəxslərdir. İş icazələri ilə bağlı hazırkı dinamika göstərir ki, mövcud pandemiya vəziyyətində ölkənin sosial-iqtisadi stabilliyinin qorunması üçün məhz dövlət tərəfindən görülmüş adekvat tədbirlər nəticəsində iqtisadi fəaliyyətdə dinamika saxlanılıb, bu isə əcnəbilərin müqayisəli baxdıqda məhdud sayda işdən çıxarılması ilə nəticələnib. Bundan başqa, əmək müqaviləsinin müddəti uzadılmayan və ölkədə yaşama icazəsinin müddəti bitən əməkçi miqrantların və onların ailə üzvlərinin ölkədən kənara çıxarılması və ya onların qanunsuz miqrant statusuna düşməsi halı mövcud deyil. Belə ki, Xidməti tərəfindən həmin əcnəbilərin ölkədə olma müddətinin uzadılması təmin edilib”.

Ən sərfəli kredit üçün müraciət et

apa.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et