Güclü rəqabətin olduğu iş həyatında müvəffəqiyyəti gətirəcək və sizi başqalarından fərqləndirəcək bir neçə qaydalar mövcuddur. Buyurun həmin qaydalarla tanış olun:
1-Qarşınıza hədəf qoyun
İş həyatında müvəffəqiyyətli bir şəxs olmağın ilk və əsas şərti hədəf qoymaqdır. Nə işlə məşğul olursunuzsa olun; dəqiq, əlçatan, qiymətləndirilə bilən, vaxtı bəlli və spesifik bir hədəfə sahib olunmalısınız. Nə istədiyinizi və hara getdiyinizi bilməsəniz itə bilərsiniz.
2 - Stresi idarə edin
Stressin iş həyatındakı müvəffəqiyyətə birbaşa təsir edən bir faktor olduğu məlumdur. Güclü şəkildə stress yaşayan şəxslərdə diqqətsizlik səmərəliliyin azalması, motivasiyanın azlığı kimi problemlər ortaya çıxmaqdadır. Bunları dəf etmək üçün qısa fasilələr vermək, dərin nəfəs almaq, planlı çalışmaq, daha çox sosial həyata inteqrasiya etmək lazımdır.
3-Planlı olun və zamanınızı siz idarə edin
Çox sayda işçi iş yükünün çox olduğundan və heç bir şeyi çatdıra bilmədiyindən şikayət edir. Bəzi hallarda bu vəziyyət doğru olsa da, əsas problem zamanın yaxşı idarə edilməməsindən qaynaqlanır. Plansız işləmək, zaman itkisinə səbəb olaraq fərdlərin müvəffəqiyyət nisbətini də aşağı salmaqdadır. Günü planlaşdırmaq, hansı işin nə qədər vaxt aldığını hesablamaq və ən vacibi də təqvim tutmaq, bu problemi sürətlə aradan qaldıracaqdır.
4-Yerinə görə davranın
Qayda-qanuna əməl eləmək və müəyyən bir intizam altında işləmək, səmərəni artıran sistemlərdən biridir. Ancaq iş yerində heç bir hadisə və ya şəxsə qarşı qatı olmamaq və içində olduğunuz vəziyyətə görə hərəkət etmək, müvəffəqiyyətə aparan digər faktorlardan biridir. Sürətlə mühitə və vəziyyətə adaptasiya ola bilsəniz, problemləri daha sürətli aşaraq irəliyə baxa bilərsiniz.
5-Xarici görünüşünüz sizi əks elətdirsin
Sosial və ya şəxsi ünsiyyətin 55%-ni bədən dili və hərəkətlər meydana gətirir. Xarici görünüşünüzün və geyimlərinizin sizi əks etdirməsi, qarşınızdakı ilə ünsiyyətinizi qüvvətləndirəcək. Bu yolla da özünüzü daha yaxşı ifadə edə bilərsiniz.
6 - Təcrübələrinizdən istifadə edin
Keçmişdə yaşadığınız hadisələrdən əldə etdiyiniz təcrübələr, gələcəkdə nələrlə üzləşə biləcəyinizi bilməyiniz baxımından əhəmiyyətlidir. Bir şeyi bilməyin tək yolu onu yaşamaqdır.
7-Yaradıcı olun və bunu göstərin
Bir çox işdə yaradıcı olmaq müvəffəqiyyəti də özü ilə gətirər. Yaradıcılıq insanın ruh halının yaxşı olduğunu göstərir. Burada əhəmiyyətli olan yaradıcı olduğunuzu ətrafa göstərmək, bir mənada bunu iş həyatında satmaqdır. Mənfi auranızı ataraq yaradıcı ola bilər və müvəffəqiyyəti əldə edə bilərsiniz.
8 - Qısa fasilələr verin
Masa başında işləyən şəxslərin orta hesabla diqqət müddəti 20-40 dəqiqə arasındadır. Ara vermədən, davamlı bir şəkildə işləmək zamanla işə olan motivasiyanızı azaldacaq. Məşğul olduğunuz işdən asılı olmayaraq, qısa fasilələr verin. Özünüzə və beyninizə zaman ayırın. Bu formada daha davamlı bir iş tempi əldə edə bilərsiniz.
9-Xətalarınızdan dərs çıxarın
Çox sayda insan səhv etməkdən qorxar. Ancaq xəta və səhv etmədən hər hansı bir şeyin doğrusunu öyrənmək mümkün deyil. Vacib olan bu səhvləri bir daha təkrarlamamaqdır. Əgər səhvlərimizdən dərs çıxarmağı bilməsək, eyni səhvləri təkrar edərik. Keçmişdə olanların sizə təcrübə olduğunu düşünərək, gələcək üçün bunlardan dərs çıxarmaq, uğurun sizə daha sürətli gəlməsini təmin edəcək.
10 - Obyektiv olun
İş həyatında müvəffəqiyyətli olmağın və karyera pillələrini sürətlə dırmaşmağın önündəki ən böyük maneə ön mühakimələrdir. Çox sayda insan kifayət qədər məlumat əldə etmədən və dinləmədən, qarşısındakı şəxs haqqında mühakiməyə yürüdür. Bu da hadisələri bütün gerçəkliyi ilə görməyinizə mane olar. Həyatınıza yeni girən şəxslər haqqındakı mühakimələrinizi azaldıb, insanları olduğu kimi qəbul etməyi bacarsanız, həm daha xoşbəxt, həm də daha müvəffəqiyyətli fərdlər ola bilərsiniz.
Günel Abduraxmanova / Banco.az