İş həyatına əyləncə qatmağın yolları | Banco.az

İş həyatına əyləncə qatmağın yolları

"İş həyatına əyləncə qatmağın yolları" haqqında araşdırma məqaləsini təqdim edirik!

Ən yaxşı halda həftədə 5 gün, gündə 8 saat işlədiyinizi nəzərə alsaq, həyatınızın orta hesabla 10 ilini ofis mühitində işləyərək keçirirsiniz.Bəzi insanlarçalışdıqları iş mühitindən zövq ala bilir və hər gün işə həvəslə tələsirlər. Lakin bir çoxunuz üçün işsadəcə həyatınıza davam etmək üçün məcburən etməli olduğunuz bir vəzifədir. İşinizdən zövq almağın yollarını tapa bilmirsinizsə, gündə orta hesabla 8 saat işlədiyinizi nəzərə alsaq, günün çox hissəsini keçirdiyiniz mühit sizi bədbəxtliyə sürükləyə bilər. Həmişə peşənizə uyğun sevəcəyiniz bir iş tapa bilməyəcəyiniz üçün işlədiyiniz mühitdə xoşbəxt olmağa çalışmaq ən məntiqli yol kimi görünür. Burada mövzu “ya etdiyin işi sev, ya da sevdiyin işi et” fəlsəfəsinə uyğun gəlir.

İşdə əylənmək bütün günü işləmədən oturmaq demək deyil. Əgər işinizi sevərək və əylənərək görsəniz, bu zaman işiniz daha məhsuldar olar. Bəs işin cansıxıcı olduğunu necə bilirsiz? Bunun çox sadə cavabı var. Əgər iş saatının bitməsini səbirsizliklə gözləyirsinizsə, işi görmək sizin vəzifəniz olsa da onu yerinə yetirməmək üçün hər cür bəhanə uydurursunuzsa, bu o deməkdir ki, iş mühitində sıxılırsız. Ortalama olaraq ofis mühitində çalışanların 25%-i bu halla qarşılaşır. Motivasiyanızı artırmaq və digər 75% kimi iş yerinə məmnuniyyətlə getmək mümkün ola bilər. Bunu ofis mühitində ediləcək bir neçə kiçik dəyişiklik və hərəkətlərlə edə bilərsiniz.

İşlədiyiniz mühiti xüsusiləşdirin

Əgər çox rəsmi ofisdə işləmirsinizsə, bir neçə toxunuşla iş mühitinizi özünüzə uyğunlaşdıra bilərsiniz. Gün ərzində görmək istədiyiniz dostlarınızın və ya ailənizin fotoşəkilləri, müxtəlif kiçik əşyalar, masaya qoymaq üçün təzə çiçəklər, hətta qeyd götürmək üçün sizə xoş gələn qələm belə sizin üçün işdə əyləncəli atmosfer yarada bilər. Ancaq unutmayın ki, iş masanız həmişə səliqəli olmalıdır, bu işə fokuslanmağınız üçün lazımdır.

İş mühitində dostluqların önəmi

İşçilər iş və şəxsi həyatlarını bir-birindən ayırmağa üstünlük verirlər. Buna görə də işdə yaxın dostluq münasibətləri qurmaqdan çəkinirlər. Ancaq eyni fikirdə olduğunuz iş yoldaşlarınızla yaxın dostluq əlaqələri qurmaq, hətta iş saatlarından sonra sosial mühitlərdə bir yerdə olmaq sizi işdə xoşbəxt edə və məhsuldarlığınızı artıra bilər. Unutmayın ki, araşdırmalar göstərir ki, bir çox işçi iş yerlərindəki şəraitdən razı olmasa da, möhkəm dostluq münasibətlərinə malik olduqları üçün eyni iş yerində işləməyə davam edirlər.

Nahardan kənar kiçik fasilələr

Ofis mühitində nahar fasiləsi xaricində fasilələr rəsmi olaraq mövcud olmasa da, siz bu fasilələri özünüz yarada bilərsiniz. Daim masa arxasında işləmək diqqətinizin yayınmasına səbəb olacaq, buna görə də gün ərzində çox qısa fasilələrlə olsa belə, fasilə vermək ofisi əyləncəli edə bilər.

Ən sərfəli kredit üçün müraciət et

Sizi həyəcanlandıracaq yeni layihələr

Sizi həyəcanlandıracaq yeni layihələr sadəcə işlə bağlı olmaya bilər. Keçiriləcək piknik, həftə sonu təşkilatı, ictimai mühitdə yeyiləcək şam yeməyi iş yerindəki əyləncəni artıra biləcək fəaliyyətlərdir. Bu təşkilatları təşkil etmək işin ən əyləncəli hissəsidir. Bu təşkilatlara yüksək səviyyəli menecerləri daxil etsəniz, iş yerində ailə mühitini təmin etmiş olarsınız.

Səhər saatları

Səhər saatları zehninizin ən təmiz olduğu saatlardır, ona görə də səhv etmə şansınız çox aşağıdır. Səhər saatlarında diqqət tələb edən darıxdırıcı işlərlə məşğul olsanız, səhv etmək şansınız xeyli azalar və darıxdırıcı bir işi gününü ilk saatlarda bitirib, günün qalan hissəsində rahat işləyə bilərsiniz.

"Yox" deməyin nəzakətli yolları

İşdə stress olmadan əylənmək və işləmək üçün düzgün vaxtlarda nəzakətlə “yox” deməli ola bilərsiniz. Bütün işlər təcilidir, lakin bütün təcili işləri eyni vaxtda edə bilməzsiniz. Təcrübənizə uyğun olaraq hər şeyi əhəmiyyət sırasına uyğunlaşdırmaq və lazım olanda nəzakətlə “yox” demək sizi gərgin stressdən xilas edəcək.

İşdən sonra mütləq sosiallaşın

İşinizi iş yerində qoyduğunuzdan əmin olun. Ofisdən çıxdıqdan ən gec 20 dəqiqə sonra işdə yaşadığınız bütün çətinlikləri bir kənara qoyun və ictimai həyata qarışaraq zövq aldığınız işləri görməyə çalışın. İşdə dostlarınızla olsanız belə, işdəki problemlər haqqında danışmaq əvəzinə gündəlik hadisələr haqqında söhbət edin.

facemark.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et