İş axtarmalı olsaydınız hansı yolla axtarardınız? - CAVABLAR | Banco.az

İş axtarmalı olsaydınız hansı yolla axtarardınız? - CAVABLAR

İş axtarışı Dost-tanış vasitəsilə işə düzəlmək qavrayışı daha güclüdür (30.4%). Respondentlər qeyd edir ki, çox vaxt qapalı vakansiyalar barədə məlumatları tanışlar, dostlar, qohumlar vasitəsilə tapmaq olur. Respondentlər tərəfindən məşğulluq mərkəzləri vasitəsilə iş tapmaq ən effektiv yol hesab edilmir, çünki onlar qeyd edirlər ki, məşğulluq mərkəzlərində ən çox tələbat əsasən az maaşlı işlərdə çalışmaq istəyən işçilərədir. Amma buna baxmayaraq məşğulluq mərkəzlərini iş axtarmaq üçün uyğun yol hesab edənlər 22% təşkil edir.

Bəzi şirkət və müsəssiələrdə iş tapmaq üçün şansını sınamaq istəyənlər birbaşa işəgötürənlə əlaqə saxlamağın tərəfdarıdırlar. Bu seqment çox vaxt müəssisənin öz rəsmi veb saytlarında yerləşdirilən açıq vakansiyalar üçün birbaşa müraciət etməyi daha üstün tuturlar (5.6%) İşə götürmə agentliklərində fırıldaqçılarla rastlaşdıqlarını əsas səbəb kimi qeyd edən respondentlər bu yolu uyğun görməyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, araşdırma Business Insight şirkəti tərəfindən aparılıb.

Ən sərfəli krediti almaq üçün müraciət et