Hesab.az bir çox istifadəçinin istəyini nəzərə alaraq İrşad Electronics kreditlərinin ödənişi imkanını yaratdı. İrşad Electronic-dən kredit ödənişi olan istənilən şəxs artıq heç yerə getmədən, sadəcə hesab.az portalına daxil olaraq öz kredit borcunu ödəyə bilər. Bunun üçün sadəcə www.hesab.az saytına daxil olaraq Kreditlər bölməsində İrşad Electronics seçərək öz şəxsi məlumatlarınızı daxil edirsiniz və kreditinizi 1 dəq içində ödəyirsiniz. Şəxsi məlumatlarınızı daxil etdikdən sonra bu məlumatları yaddaşda saxlaya bilərsiniz. Bununla da hər dəfə kredit məlumatlarını daxil edilməsinə ehtiyac qalmayacaq. Bundan əlavə kredit ödənişi həyata keçirərkən siz hər bir manat ödənişə görə 10 bonus qazanırsınız. Qazandığınız bonusları isə ən maraqlı dərhal dəyiş kampaniyalarına, endirimlərə dəyişə bilərsinz və auksionda təqdim olunan hədiyyələrə qazanmaq şansı əldə edə bilərsiniz.
Xatırladaq ki, ölkənin ilk onlayn ödəmə platforması olan Hesab.az (GoldenPay), “Visa” və “MasterCard” kimi beynəlxalq ödəniş sistemlərinin sertifikasiyadan keçmiş Onlayn ödəmə sisteminə malikdir. Bununla yanaşı, GoldenPay xüsusi şifrələnmə üçün Geo Trust istifadə edərək, müvafiq ödəniş məlumatlarının şifrələnməsini təmin edir. Yüzminlərlə istifadəçini özündə cəmləşdirən bu xidmət istifadəçilərə rahat və ən əsası təhlükəsiz şəraitdə kommunal, mobil rabitə, internet, bank ödənişləri etmək, kinoteatr biletləri və sığota almaq kimi geniş imkanlar yaradır. Portalın yenilikləri haqqında www.hesab.az saytında və eyni zamanda portalın rəsmi facebook səhifəsində https://www.facebook.com/hesabaz/ məlumat əldə edə bilərsiniz.