İranda milli valyutanın ADI DƏYİŞDİRİLDİ | Banco.az

İranda milli valyutanın ADI DƏYİŞDİRİLDİ

Bu gün İran parlamenti ölkənin milli valyutasının adının dəyişdirilməsi və denominasiyası haqqında qanun layihəsini təsdiqləyib.

İSNA xəbər verir. 

Məlumata görə, bundan sonra İranda milli valyuta rial deyil, indiyə qədər xalq arasında deyildiyi kimi tümən adlanacaq. Bir tümən isə 10 000 riala bərabər götürüləcək. Bu, yerli pul vahidindən 4 sıfırın silinməsi deməkdir. 

Xatırladaq ki, qonşu ölkədə Milli Bankı pul islahatı ilə bağlı layihəni 2016-cı ildə bəyənib. 

report.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et