İranda “British Council”la əməkdaşlıq qadağan edilib | Banco.az

İranda “British Council”la əməkdaşlıq qadağan edilib

İranda Britaniya Şurası (“British Council”) ilə əməkdaşlıq qadağan edilib.

Bu barədə noyabrın 5-də İran ETTELAAT-ı (xüsusi xidmət orqanı) məlumat yayıb.

“İran Məhkəmə Sisteminin sözçüsü bir müddət əvvəl bildirib ki, Britaniya Şurası ilə istənilən əməkdaşlıq qadağandır və bu qərara məhəl qoymayanlar mühakimə olunacaq”-, deyə ETTELAAT bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilib ki, Britaniya bu şura vasitəsi ilə şəbəklərə nüfuz edir. 

Qeyd edək ki, bir müddət əvvəl Britaniya Şurasında işləyən İran vətəndaşı rəsmi Londonun xeyirinə casusluq etdiyi üçün 10 il müddətinə azadlıqdan məhrum olunub.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et