İran Rusiyadan 500 milyon dollar dəyərində 12 helikopter alacaq | Banco.az

İran Rusiyadan 500 milyon dollar dəyərində 12 helikopter alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

İran Rusiyadan 500 milyon dollar dəyərində 12 ədəd “Mi-17” helikopteri alacaq.

Banco.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq. Yeni helikopterlər zəif görmə şəraitində uçmağa imkan verən gecəgörmə sistemləri ilə təchiz ediləcək.

“Rusiyanın helikopterləri” dövlət şirkəti ilk dörd təyyarəni 2025-ci ilin martına qədər təhvil verməyi planlaşdırır. Qalan helikopterlər üç-dörd il ərzində təhvil veriləcək.

Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından bir neçə gün sonra imzalanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et