İran polad ixracına məhdudiyyət qoyub | Banco.az

İran polad ixracına məhdudiyyət qoyub

Müəllif: Tamara Mustafayeva, Banco.az

İran polad ixracına məhdudiyyət qoyub.

Banco.az xəbər verir ki, İran dövlət mediası polad lövhə və təbəqə məhsullarının ixracının may ayının sonuna qədər dayandırıldığını açıqlayıb. Bu addım müharibə dövründə ölkənin ən böyük sənaye komplekslərinin strateji şəkildə hədəfə alınması və istehsal xətlərinin iflic vəziyyətinə düşməsindən sonra atılıb.

İranın aparıcı nəşrlərindən biri olan “Etemad qəzeti”nin bazar günü yaydığı xəbərə görə, müharibənin sənaye sahəsinə vurduğu zərər olduqca ağırdır.

İllik polad istehsal gücünün təxminən 10 milyon tonu (ümumi istehsalın 25–30 faizi) müəssisələrdə yaranan zədələr səbəbindən sıradan çıxıb.

Ölkənin ən iri istehsalçıları olan “Mobarakeh Steel Company” və “Khuzestan Steel Company” hava hücumları zamanı birbaşa hədəfə alınan müəssisələr sırasında yer alır.

“Khuzestan Steel Company”nin rəsmiləri bildiriblər ki, müəssisələrin tam gücü ilə fəaliyyətə qayıtması 6 aydan 12 aya qədər vaxt apara bilər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram