İran Milli Bankının Bakı filialında yeni təyinat olub | Banco.az

İran Milli Bankının Bakı filialında yeni təyinat olub

İran Milli Bankının (Bank Melli İran) Bakı filialına yeni baş mühasib təyin edilib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, filialın yeni baş mühasibi Vüqar Mirheydərovdur. O, vaxtilə "Günaybank" ASC-nin İdarə Heyətinin sədr müavini olub.

Ən sərfəli kredit üçün müraciət et

V.Mirheydərov yeni vəzifəsində Elxan Rəhimlini əvəz edib.

Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Filialın nizamnamə kapitalı 51 433 671 manatdır.

Ən sərfəli krediti almaq üçün müraciət et