İqtisadiyyatımıza qoyulan kreditlərin həcmi nə qədərdir? | Banco.az

İqtisadiyyatımıza qoyulan kreditlərin həcmi nə qədərdir?

2015-ci il yanvarın 1-nə banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 18 mlrd. 542,6 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin əvvəlinə olan göstəricidən 20,2% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.

2015-ci ilin əvvəlinə vaxtı keçmiş kredit qoyuluşlarının həcmi 976,3 mln. manat (artım 23,1%) və ya bütün kreditlərin 5,3%-ni təşkil edir.

Yanvarın 1-nə dövlət payına malik olan bank tərəfindən 6 mlrd. 143,8 mln. manat (artım 15,9%) və ya bütün kreditlərin 33,1%-i, özəl banklar tərəfindən 11 mlrd. 873,6 mln. manat (artım 22,5%) və ya bütün kreditlərin 64%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Yanvarın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 13 mlrd. 505,6 mln. manat (artım 22%) milli valyuta, 5 mlrd. 37 mln. manat (artım 15,9%) xarici valyuta ilə verilib.

2015-ci il yanvar ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 680,7 mln. manat (bütün kreditlərin 14,5%-i) ticarət və xidmət sahələrinin, 195,8 mln. manat (1,1%) energetika, kimya və təbii ehtiyatlar sektorunun, 847,3 mln. manat (4,6%) kənd təsərrüfatı və emal sahələrinin, 2 mlrd. 555,1 mln. manat (13,8%) tikinti və daşınmaz əmlak sahələrinin, 2 mlrd. 27,8 mln. manat (10,9%) sənaye və istehsal sektorunun, 736 mln. manat (4%) nəqliyyat və rabitə sahələrinin, 7 mlrd. 731,8 mln. manat (44%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.

interfax.az