İqtisadiyyatı dəstəkləmək üçün Azərbaycan əhəmiyyətli buferə malikdir | Banco.az

İqtisadiyyatı dəstəkləmək üçün Azərbaycan əhəmiyyətli buferə malikdir

Koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində neft və qaz qiymətlərində ciddi volatililik gördük.

Bunu Beynəlxalq Valyuta Fondunun (IMF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur (Jihad Azour) pandemiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya regionuna təsiri ilə bağlı keçirilən müzakirələrdə səsləndirib.

C.Azurun sözlərinə görə, region ölkələrinin iqtisadiyyatlarında ticarət və turizm də bu sahələrlə birbaşa bağlı olduğu üçün onlar da ziyan görüb:

“Əgər biz fikir versək görərik ki, virusun yayılması iqtisadiyyata çoxşaxəli təsir edib. Misal üçün sosial məsafə saxlanması və yaxud bu kimi başqa tələblər də iqtisadiyyata təsir edən mənfi amillərdən oldu. 7-8 ay əvvələ fikir versək görərik ki, bu regionda olan ölkələrin çoxu pandemiyaya hazır deyildilər, həmçinin onların çoxu 2014-2015-ci illərdə daha bir iqtisadi şokla qarşılaşmışdılar”.

IMF rəsmisi Azərbaycanın pandemiya ilə mübarizədə daha böyük imkanları olduğunu qeyd edib:

“Əlbəttə, regiondakı digər ölkələrlə müqayisədə Azərbaycan və Qazaxıstan kimi ölkələr iqtisadiyyata əlavə dəstək vermək üçün əhəmiyyətli buferə malikdir. Hansı ki, onlar artıq iqtisadi şokları idarə etmək üçün bir çox alətlərdən istifadə ediblər. Bura həm monetar, həm də fiskal addımlar daxildir”.

Ən sərfəli kredit üçün müraciət et

C.Azur Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda olan Özbəkistan, Tacikistan və Türkmənistan üçün neqativ proqnozlu il olacağını da qeyd edib:

“Bu əsasən [neqativ proqnoz] neft idxal edən ölkələr üçün keçərlidir. Amma buna baxmayaraq ümumi region üçün də neqativ proqnozlarımız var”.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et