İqtisadiyyata investisiyalarda bank kreditlərinin payı artıb | Banco.az

İqtisadiyyata investisiyalarda bank kreditlərinin payı artıb

Cari ilin yanvar-aprel ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilən investisiyaların 10,8%-ni və ya 488 mln. manatını bank kreditləri təşkil edib və nəticədə, investisiyalarda bank kreditlərinin həcmi illik 37,7% artıb.

Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Kreditlərin cəmi vəsaitlərdə xüsusi çəkisində isə illik müqayisədə 3,1 faiz bəndi artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 533,4 mln. manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5% az vəsait yönəldilib. Əsas kapitala yönəldilmiş cəmi vəsaitin 72,8%-ni müəssisə və təşkilatların vəsaitləri, 10,3%-ni büdcə vəsaitləri, 4,4%-ni əhalinin şəxsi vəsaitləri, 1,2%-ni büdcədənkənar fondların vəsaitləri təşkil edib. Ümumi sərmayənin 28,1%-i dövlət, 71,9%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 36,5%-ni təşkil edib.

Mənbə: Report.az