İqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib | Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

Müəllif:Mehin Qasımova/Banco.az

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı Daniel Kahneman 91 yaşında vəfat edib.

Banco.az xəbər  verir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Alim davranış iqtisadiyyatının banilərindən biri, qeyri-müəyyənlik və risk şəraitində qərar qəbul etməyi təsvir edən perspektiv nəzəriyyəsinin müəllifi idi.

Daniel Kahneman 2002-ci ildə “iqtisadi elmdə psixoloji texnikanın tətbiqinə, xüsusən də qeyri-müəyyənlik şəraitində mühakimələrin formalaşmasının və qərarların qəbul edilməsinin tədqiqinə görə” Nobel mükafatı alıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram