Richard Thaler, ötən il iqtisadiyyat üzrə Nobel almış elm adamıdı.
1978-ci ildə məqalə üzərində işləyir. Stanford Universitetində. Yazdığı məqalə, altı-yeddi aparıcı elmi jurnal tərəfindən rədd edilir. Məqalə hər dəfə rədd cavabı alanda, hakimlərin rəylərini nəzərə alaraq, müvafiq düzəlişləri edir, amma heç bir irəliləyiş əldə edəbilmir.
Məcbur qalıb elmi işini, ilk dəfə çap edilən “Journal of Economics Behavior and Organization” adlı jurnala göndərməli olur.
O jurnal da ilk dəfə çıxdığı üçün, onsuz da redaktorların məqalə tapmaq problemləri var. Məqaləsi heç kimin tanımadığı bir jurnalın birinci nömrəsində nəşr olunur.
Jurnalın “impakt” faktoru ikiyə yaxındır. Bu qısa hekayədən 3 ibrət dərsi çıxarmaq olar əslində:
1. Elmi məqalənizə rədd cavabı alırsınızsa, ruhdan düşməmək lazımdır.
2. Başqa sahələrdə olduğu kimi, elmi jurnal sahəsində də start-up fikirləşmək lazımdır. Bugün bünövrəsi qoyulan bir elmi jurnal, sabahın impakt faktorlu elmi məkanına çevriləbilər.
3. Yeni çap edilən elmi jurnala məqalə verəndə onu potensialını da fikirləşmək lazımdır.
Sarvar Gurbanov