Müəllif:Mehin Qasımova,Banco.az
Avropa Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə keçirilən konfransda Avropada reaktiv yanacaq çatışmazlığı ilə bağlı açıqlamalar verib.
Banco.az xəbər verir k, Anna-Kaisa son dərəcə qeyri-sabit geosiyasi vəziyyətin olduğuna diqqət çəkib.
"Bu vəziyyətin nə qədər davam edəcəyini heç kim bilmir. Buna görə də edə biləcəyimiz ən yaxşı və ən təsirli şey bütün mümkün hallara hazırlaşmaqdır",- deyə o qeyd edib.
Yaxın Şərqdəki münaqişələr və Hörmüz boğazından keçən yük daşınmalarında yaranan fasilələr Avropada neft və təbii qaz qiymətlərinin sürətlə artmasına səbəb olub. Xüsusilə Avropada reaktiv yanacağın qiymətləri ötən illə müqayisədə iki dəfədən çox artıb.
Aİ neftayırma zavodları normalda reaktiv yanacaq istehlakının 70%-ni ödəyə bilir. Qalan hissəsi isə əsasən Yaxın Şərq və Körfəz ölkələrindən idxal olunur.
Ötən ay Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol Avropanın tezliklə reaktiv yanacaq çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.
Hollandiyanın "KLM" aviaşirkəti yanacaq qiymətlərinin artması səbəbindən bu ay Avropa daxilində 160 reysi ləğv edəcəyini açıqlayıb. Almaniyanın "Lufthansa" aviaşirkəti də xərc təzyiqi səbəbindən törəmə şirkəti olan CityLine-ın fəaliyyətini dayandırmaq qərarına gəlib. "Lufthansa" həmçinin reaktiv yanacaq qiymətlərinin artması səbəbindən oktyabr ayına qədər planlaşdırılan 20 min qısa məsafəli reysi ləğv edəcəyini açıqlayıb.
