İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyənin artım proqnozunu yüksəldib | Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyənin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyənin 2023-cü il üzrə artım proqnozunu 4,3 faizdən 4,5 faizə yüksəldib.

Banco.az xəbər verir ki, mərkəzi ofisi Parisdə yerləşən İƏİT-in dərc etdiyi "İqtisadi Görünüş" hesabatında Türkiyənin artım proqnozlarına yenidən baxılıb.

Hesabatda Türkiyə iqtisadiyyatının bu il 4,5 faiz artım göstərəcəyi qeyd olunub. 2024-cü il üzrə proqnoz isə 3,2 faiz təşkil edib.

İnflyasiya proqnozlarına da yuxarıya doğru yenidən baxılıb. Belə ki, 2023-cü il üçün inflyasiya proqnozu 52,1 faizdən 52,8 faizə, 2024-cü il üçün proqnoz isə 39,2 faizdən 47,4 faizə yüksəldilib.

Qeyd edək ki, hesabatda qlobal iqtisadiyyatın gələn il “yumşaq eniş”ə doğru getdiyi bildirilsə də, bu il üçün qlobal artım proqnozu sentyabrda bildirilən 3 faizdən 2,9 faizə endirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et