İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyənin artım proqnozunu yüksəldib | Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Türkiyənin artım proqnozunu yüksəldib

Tamara Mustafayeva, Banco.az

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) Türkiyənin 2022-ci il üçün artım proqnozunu yuxarı çəkərkən, 2023-cü il proqnozunu 3 faiz olaraq saxlayıb.

Banco.az türk mətbuatına istinadla xəbər verir ki, İƏİT bugün dərc etdiyi "İqtisadi Görünüş" hesabatında Türkiyənin 2022-ci il üçün artım proqnozunu 3,7 faizdən 5,4 faizə yüksəldib, 2023-cü il proqnozunu 3 faiz olaraq saxlayıb.

Qurum 2023-cü il üçün qlobal artım proqnozunu isə 2,8 faizdən 2,2 faizə endirib.

Qeyd edək ki, bir çox G-20 ölkələrinin 2023-cü il üzrə artım proqnozları aşağı salınıb. İndoneziya isə artım proqnozu yuxarı çəkilən yeganə G-20 ölkəsi olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et