"İqtisadi əlaqələrin geniş olması pul köçürmələrin ümumi həcminə təsir edir" | Banco.az

"İqtisadi əlaqələrin geniş olması pul köçürmələrin ümumi həcminə təsir edir"

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Azərbaycan Mərkəzi Bankının məlumatına görə, Azərbaycana pul köçürmələrinin əsas hissəsi Rusiyanın payına düşür. 

Bildirilir ki, bu rəqəm 1 milyard 655 milyon dollardan 1 milyard 47 milyon dollar həddindədir.Pul köçürmələrinin həcminə görə ilk yerdə  Rusiya Federasiyası, ikinci yerdə Türkiyə, üçüncü yerdə isə ABŞ qərarlaşıb. Siyahını Gürcüstan, Böyük Britaniya davam etdirir. Azərbaycandan pul köçürmələri isə daha çox Türkiyə, ABŞ, Böyük Britaniyaya edilir. 

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı Rauf Qarayev hesab edir ki, bu fakta təkcə əhali deyil, həm də iqtisadi əlaqələr də təsir edir:

“Bildiyiniz kimi, Rusiya sanksiyaları altındadır. Orada yaşayan azərbaycanlıların gəliri kəskin surətdə azalıb. Bu baxımdan da pul köçürmələrinin tam olaraq əhali ilə bağlamaq düzgün olmazdı.

Hesab edirəm ki, iqtisadi əlaqələrin geniş olması həm də bu pul köçürmələrin sayının həcminə təsir edir. Bu da Azərbaycana pul köçürmələri Rusiyadan daha çox olmasına sövq edir”.

Ən sərfəli krediti almaq üçün müraciət et